PDF Oxu

Siyasət

  • 22

Vahid Əhmədov: Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb

Vahid Əhmədov: Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb

"Azərbaycanda sahibkarlığın inkişafı üçün vacib qanunlar qəbul edilib, bəzi qanunlara isə dəyişiklik edilib. Bunun nəticəsidir ki, iqtisadiyyatda özəl sektorun payı 80 faizdən çoxdur". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti təqdirəlayiqdir. Onun sözlərinə görə, Fondun nümayəndələri yerlərə gedib iş adamları ilə işləyirlər, vəziyyəti öyrənirlər və lazımi sahələrə güzəştli kreditlər verirlər.

"Bu da ölkədə kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edir. Bununla belə hesab edirəm ki, görüləsi işlər də var. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ölkədə artıb, amma onun satışında problemlər var. Ona görə də, bu məsələ ilə bağlı araşdırmalar aparıb, müəyyən addımlar atılmalıdır. Ümumilikdə isə, Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb"- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər