PDF Oxu

Siyasət

  • 33

Sərnişin təyyarəsinin axtarma işlәri hələ də nәticәsiz qalıb

Sərnişin təyyarəsinin axtarma işlәri hələ də nәticәsiz qalıb

Kuala Lumpurdan - Pekinə gedərkən radardan itən Malayziya Hava yollarına mәxsus sərnişin təyyarəsi ilә bağlı 25 gündür aparılan axtarma işlәri nәticәsiz qalıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, axtarma işləri 9 gəmi və 10 təyyarə ilә aparılır.Araşdırmalara qatılmaq üçün İngiltərə dövlətinin göndәrdiyi bir әdәd nüvə dənizaltı isә Hind Okeanına çatıb. İngiltәrәyә mәxsus bir hәrbi gəminin də axtarma işlərinə qatılması gözlənilir.Hava şәraitinin yaxşı olmasına baxmayaraq, araşdırmaların hәlә dә nәticәsiz qalması təyyarənin tapılacağına dair ümidlәrin mәhv olmasına sәbәb olur.ABŞ isә itәn təyyarə ilә bağlı axtarma işləri üçün Pentaqonun 3 milyon 300 min dollar xərclədiyini, zәrurәt halında bu iş üçün ayrılan büdcәnin 100 faiz daha artırılacağını bildirib.

sia.az

Digər xəbərlər