PDF Oxu

Siyasət

  • 18

Amerikalı konqresmen Azərbaycana gəlir

Amerikalı konqresmen Azərbaycana gəlir

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, amerikalı konqresmen Ed Roys Azərbaycana səfər edəcək. SİA bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsinə istinadən xəbər verir. "Bugün Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Roys ilə görüş keçirdik. Konqresmen Roys Azərbaycana, Ermənistana və Ukraynaya səfər edəcək"- deyə, amerikalı həmsədr öz səhifəsində qeyd edib.Qeyd edək ki, səfərin tarixi haqqında hələlik heç bir məlumat yoxdur.

sia.az

Digər xəbərlər