"Əgər biz öz fəaliyyətimizdə şüurla, ağılla dəyişikliklər etmiyəcəyiksə o zaman nə ekoloji faktorlar, nə də bölgədəki faktorlar Azərbaycan müxalifətinə təsir edə bilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin mətbuatda düşərgədaxili durğunluq məsələsində "Azərbaycanda fırtınaqabağı sakitlik hökm sürür" ifadəsinə münasibətini açıqlayarkən bildirdi.ADP sədri onu da qeyd etdi ki, müxalifət bu kimi populist çıxışlar etməkdənsə, şüurlu fəaliyyətə üstünlük verməli, cəmiyyətdə, ölkədə gedən prosesləri, hadisələri real qiymətləndirməlidir.Xatırladaq ki, Sərdar Cəlaloğlu bir neçə gün öncə müxalifət liderlərini iqtidardan fərqli olaraq, ortaya heç bir normal siyasi konsepsiya qoya bilmədiyini, müxalifətçilik fəlsəfəsinin olmadığını iddia etmişdi.
sia.az