"Pənah Hüseyn də, onun ətrafındakılar da keçmişdə qalıblar və müasir dövrün siyasi təhlillərini doğru-dürüst apara bilmirlər. Onlar yuxuda qalıblar. Bunlar hələ də dünya reallıqlarını görüb, real nəticə çıxarmaq qabiliyyətində deyillər". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin mətbuatda düşərgədaxili durğunluq məsələsində "Azərbaycanda fırtınaqabağı sakitlik hökm sürür" ifadəsinə münasibətini açıqlayarkən bildirib.Təhmasib Novruzov qeyd edib ki, ölkəmizdfə heç bir fırtınadan söhbət gedə bilməz: "Pənah Hüseyn hansı fırtınadan danışır?! Heç bir fırtınadan söhbət gedə bilməz. Azərbaycanın yürütdüyü siyasət həm daxildə və həm də beynəlxalq aləmdə ən yüksək səviyyədə dəstəklənir. Ölkəmizdə heç bir siyasi dəyişiklik gözlənilmir. Azərbaycan günü-gündən gözəlləşir və güclənir".
sia.az