"Qərbə doğru qaçmağa Ermənistanın mükəmməl və hər an reallaşdırıla bilən planı var". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
M. Əhmədoğlu bildirib ki, milliyətcə erməni, əsl soyadı Kələntəryan olan və Rusiyanın xarici işlər nazirliyini erməni yuvasına çevirmiş S.Lavrovun "indi Ukrayna ilə assosiativ müqavilənin siyasi hissəsini imzalayan Aİ iyunda bunu Ermənistanla imzalamaqdan imtina etmişdi" bəyanatı Ermənistanda mesaj kimi qəbul edildi: "Baş nazir Tiqran Sarkisyan dərhal Brüsselə göndərildi və Ermənistanla Aİ arasında assosiativ müqavilənin siyasi hissəsini imzalamağı aktuallaşdırdı. Lavrovun bəyanatı ilə T.Sarkisyanın Brüsselə göndərilməsi arasında məsafə cəmi üç gün oldu. Bu Rusiya erməniləri ilə qalan ermənilərin koordinə olunmuş işinin müasir dövrdə ən bariz misalıdır. S.Lavrov həm də Rusiyadakı ermənilərin Qərb ideyalarından uzaq olmadığını göstərdi".
Politoloq deyib ki, "Rusiyanın Ermənistan vasitəsilə İrana təzyiq edə bilməsi və İranın belə təzyiqdən narahat olması və İran Ermənistanda Qərblə əməkdaşlığa hazırdır" tezisləri İranda nəşr olunan erməni mətbu orqanlarının hamısında nəşr olunan jurnalist Rubik Minasyanın İrəvanda keçirdiyi mətbuat konfransının əsas tezisləri idi: " "Keçmişin mübahisəsiz vacibliyinə diqqət verərək, biz həm də gələcəklə yaşamalıyıq. XXI əsrdə yaşayarkən bir inanırıq ki, gələcəyə gedən yol Ermənistanla Türkiyənin arasında sərhədlərin açılmasından və diplomatik münasibətlərin qurulmasından keçir" - Ermənistan Təhlükəsizlik Şurasının Katibi A. Baqdasaryan bu fikirləri İrəvanda "NATO-nun Cənubi Qafqazda tərəfdaşlığı: regional təhlükəsizliyə strateji yanaşma" mövzusunda keçirilən konfransda bildirdi. NATO-nun Ermənistanda səfərdə olan Cənubi Qafqazla əlaqələr üzrə zabiti U.Lahyu Ukrayna ilə əlaqəli Ermənistanın mövqeyinin NATO-Ermənistan əlaqələrinə təsir etməyəcəyini bildirdi. Yalnız Ermənistan özü NATO ilə münasibətlərini dəyişə bilər. ABŞ-ın Ermənistandakı səfirinin Ukrayna hadisələri ilə bağlı mövqeyi ziddiyyətli oldu. O, əvvəlcə prezident S. Sarkisyanın V. Putinlə telefonla danışığında Krımla bağlı səslənmiş mövqeyi barədə təəssüfünü bildirdi, BMT BA-dakı məlum səsvermədən sonra isə heçnə olmamış kimi ABŞ-Ermənistan münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyini bildirdi".
Politoloq deyib ki, Böyük Britaniyanın Ermənistanda səfiri Ketrin Liç çox qəliz və mürəkkəb vəziyyətə düşdü. O, əvvəlcə Krımda keçirilən referendumu qeyri-qanuni adlandırdı. Ermənistanın Rusiya və KTMT ilə əməkdaşlıq etməsi fonunda NATO ilə əməkdaşlığından təsirləndiyini bildirdi: "Ermənistan və Rusiya prezidentləri telefonla danışdıqdan sonra səfir K. Liç Krımda baş verənləri millətlərin öz müqəddəratını təyin etmək üçün yaxşı misal hesab etmədiyini bildirdi. Britaniya səfiri S. Sarkisyanla V. Putinin telefon danışığı zamanı səsləndirdiyi fikirlərdən narahat olduğunu bildirdi. Bir gün keçmiş səfir S. Sarkisyanın Putinlə telefonla danışığına haqq qazandırdı. Guya Sarkisyan Putinlə danışıqda beynəlxalq hüququ müdafiə edib və buna görə də səfir K. Liç Sarksiyana minnətdarlığını bildirdi. Britaniya səfirinin qısa müddət ərzində 4 dəfə mövqeyini dəyişdi. Almaniyanın Ermənistandakı səfiri R. Morrel də prezident S. Sarkisyanın V. Putinlə telefonla danışığına haqq qazandırdı. Ermənistan prezidenti yalnız millətlərin öz müqəddəratını təyin etmə hüququnu tanıyıb, Krımın anneksiyasını yox! Ermənistanın antirusya qüvvələri cəmləşdirməsi, onları indiki şəraitdə ideal formada idarə etməsi göz qabağındadır. Rusiyanın təsirindən çıxmağa və Qərbə doğru qaçmaq üçün Ermənistanın mükəmməl planı var və bu plan hər an reallaşdırıla bilər. Bəzi ermənilərin familiyasının tutaq ki, Lavrov, Manuçarov, Çılinqarov olması onların rusa çevrildiyi anlamına gəlmir. Bu adamlar öz erməniliklərini ağılla gizlədə biliblər".
sia.az