Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin "Love Me, Love Me Not" müasir incəsənət sərgisi açılır.
Trend-in məlumatına görə, aprelin 4-də açılacaq sərgi mayın 25-dək davam edəcək.
"Love Me, Love Me Not" Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən "YARAT" qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən və kuratoru xanım Dina Naseri-Xadivi olan bu tədbir 2014-cü ilin 3 aprel - 25 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək.
yap.org.az