Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ölkə Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayıb və aidiyyəti dövlət qurumlarına təqdim edib. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.
S.Məmmədov qeyd edib ki, Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. Onun sözlərinə görə, iki qanun tamamilə yeni olacaq, bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.
yap.org.az