PDF Oxu

Siyasət

  • 26

Fuad Muradov seçiciləri ilə görüşüb

Fuad Muradov seçiciləri ilə görüşüb

Səbail rayonundan Milli Məclisə seçilən deputat Fuad Muradov rayon seçiciləri ilə növbəti görüşünü keçirib. SİA-nın məlumatına görə, Bibiheybət qəsəbəsinin Mədəniyyət evində sakinlərlə keçirilən görüş zamanı Kəlbəcərin işğal günü bir dəqiqəlik sükutla yad edilib.Daha sonra sakinlər qarşısında çıxış edən deputat Səbail rayonunda aparılan tikinti-quruculuq işlərindən və icra olunan layihələrdən danışıb. Rayonun Bakının infrastrukturunda mühüm yer tutduğunu deyən F.Muradov bildirib ki, Səbail rayonunda aparılan işlər Prezident İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi islahatların nəticəsində həyata keçirilir. Bibiheybət qəsəbəsinin sosial problemlərinin həlli üçün müvafiq addımların atıldığını deyən deputat qeyd edib ki, qəsəbədə ən ciddi problemlər öz həllini tapıb.Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı F. Muradov vətəndaşlar tərəfindən qaldırılan təklifləri dinləyib. Deputat vətəndaşları maraqlandıran məsələlərlə bağlı müvafiq strukturlara müraciət edəcəyini vurğulayıb.Deputat Fuad Muradov daha sonra Qurban Abbasov küçəsinin sakinləri ilə görüşüb. Bu küçənin sakinləri də üzləşdikləri bir sıra problemləri deputatın diqqətinə çatdırıblar. "N" saylı hərbi hissənin nəzdində olan uşaq bağçasına baş çəkən F. Muradov buradakı şəraitlə tanış olub. F. Muradov uşaq bağçasının bəzi zəruri avadanlıqla təmin olunmasının vacibliyini qeyd edib və müvafiq təklifləri Müdafiə Nazirliyinə təqdim edəcəyini qeyd edib.Seçicilərlə görüş Bayıl qəsəbəsinin "20-ci Sahə" ərazisindəki V.Nestrov küçəsində davam etdirilib. Sakinlər bu ərazi ilə bağlı qaldırdıqları problemlərin həllində göstərdiyi köməyə görə F.Muradova təşəkkür ediblər. Seçicilərinin bir sıra təkliflərini qəbul edən deputat müvafiq strukturlara bununla bağlı müraciət edəcəyini deyib. Daha sonra F.Muradov "20 sahə"də yerləşən uşaq bağçasının vəziyyəti ilə tanış olub.

sia.az

Digər xəbərlər