Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasına qatılmaq üçün Rusiyaya işgüzar səfər edəcək.Məlumata görə, iclas çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçiriləcək.Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq görüş mətbuata qapalı olacaq.
sia.az