PDF Oxu

Siyasət

  • 19

Hikmət Babaoğlu: “Çap mediasına aid məsələlər sosial mediaya da şamil olunmalıdır”

Hikmət Babaoğlu: “Çap mediasına aid məsələlər sosial mediaya da şamil olunmalıdır”

"İnternet resurslarının inkişafı artıq çap mediadan öndədir. Bu mənada istəsək də, istəməsək də sosial şəbəkələrdə ciddi bir media formalaşır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu internet medianın inkişafı ilə bağlı məsələlərdən danışarkən deyib.Baş redaktorun sözlərinə görə, yeni texnologiyaların inkişafı onu deməyə əsas verir ki, bu hələ bir müddət eyni sürətlə davam edəcək: "Bu gün formaca fərqli olsa belə, sosial media real bir faktora çevrilib. Məhz buna görə də çap mediası üçün nəzərdə tutulan bir çox məsələlərin artıq sosial mediaya da tətbiq olunmasının hesab edirəm ki, vaxtı gəlib çatıb. Bu istər hüquqi kontekstdə sosial münasibətlərin tənzimlənməsi, istərsə də onların maddi təminatı və s. ilə bağlı olsun düşünürəm ki, bütün problemlər öz həllini tapmalıdır. Çünki bu virtual platforma olsa belə, əgər orada insanların ünsiyyəti varsa, mütləq bu ünsiyyət konkret bir çərçivədə və hüquqi əsaslarla tənzimlənməlidir. Təbii ki, belə olan halda bu, maddi məsələlərdə öz əksini tapmalıdır.Azərbaycanda medianın inkişafı ilə bağlı bir çox işlər görülür. Bu istiqamətdə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonudu olduqca səmərəli fəaliyyət göstərir. Artıq 5 ildir ki, bu qurum özünün Azərbaycan mətbuatı üçün nə qədər böyük işlər gördüyünü isbat edib. Bu mənada hesab edirəm ki, növbəti mərhələdə media, dövlət, cəmiyyət üçbucağında olan münasibətlərin tənzimlənməsi üçün mütləq bu və ya digər şəkildə sosial, elektron media ilə də sıx əlaqələr yaradılmalıdır. Bu mənada düşünürəm ki, gələcəkdə çap mediasına şamil olunan bir çox məsələlər, o cümlədən maddi təminat məsələləri, sosial mediaya da şamil olunmalıdır".

sia.az

Digər xəbərlər