PDF Oxu

Siyasət

  • 33

“Dağlıq Qarabağ münaqişəsinin açarı ABŞ-ın əlindədir”

“Dağlıq Qarabağ münaqişəsinin açarı ABŞ-ın əlindədir”

Mübariz Əhmədoğlu: "ABŞ Azərbaycan cəmiyyətinə münaqişənin yaradılmasında Rusiyanı günahkar göstərməklə içimizdə rus xofu yaradır"

"Dağlıq Qarabağ münaqişəsinin başlanması ABŞ-ın planı olub və bunu əllərində alət olan ermənilər vasitəsi ilə həyata keçiriblər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanın müşaviri Jirayr Liparityanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair səsləndirdiyi fikirləri şərh edərkən deyib.Politoloq bildirib ki, bu münaqişəni yaratmaqla ABŞ SSRİ-ni çökdürməyə nail olub: "Ermənilər tarixən böyük dövlətlərin əlində alət olub. Onlar nə millət, nə də dövlət deyillər. XX əsrin 50-ci illərindən sonra isə ermənilər birmənalı şəkildə ABŞ-ın əlində alətə çevrilib və onların sifarişlərini yerinə yetirirlər. Mixail Qarbaçovun hakimiyyətə gəlməsindən sonra SSRİ zəiflədi və yaranmış vəziyyətdən istifadə edən ABŞ milli münaqişələrlə SSRİ-ni çökdürdü. Ona görə də ABŞ ermənilərə tapşırıq verdi ki, SSRİ-də milli ədavət salsınlar. Bundan sonra ermənilər ilk olaraq Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürdülər. Cavaxetiyada hadisələr kəskinləşib qanlı mərhələyə keçəndə ermənilərin "başbilənlər"ini başa saldılar ki, Qərb dünyası Ermənistanın digər xristian dövlətindən torpaq götürməsini qəbul etməyəcək. Beləliklə də ermənilər Cavaxetiya məsələsini səngitdilər və tədricən Dağlıq Qarabağda vəziyyəti şiddətləndirdilər. Bununla da ABŞ-ın göstərişi ilə ermənilər Dağlıq Qarabağ münaqişəsini törətdilər. Nəticədə isə SSRİ dağıldı və ABŞ istəyinə çatdı",Politoloq bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın əlindədir: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razı olması ilə bağlı səsləndirdiyi fikirlər boğazdan yuxarı sözlərdir. Yəni, sadəcə ritorikadan ibarətdir. ABŞ-ın ermənilərə təzyiq etmə rıçaqları var. Əgər ABŞ münaqişənin tənzimlənməsini istəyirsə, nə üçün Dağlıq Qarabağa yardım ayırır? Dünyada isə iki dövlət qondarma respublikaya rəsmi yardım ayırır. Bunlar Ermənistan və ABŞ-dır".M.Əhmədoğlu hesab edir ki, Levon Ter Petrosyanın müşaviri Jirayr Liparityanın səsləndirdiyi fikirlər tamamilə düzdür: "Vaxtı ilə Levon Ter- Petrosyan Dağlıq Qarabağı və işğal olunan 7 rayonu da geri qaytarırdı. ABŞ bu plandan narazı olduğuna görə, onu devirdilər. Serj Sarkisyanın hakimiyyətə gətirilməsində məqsəd isə münaqişənin həll olunmamasına şərait yaratmaq idi. Serj Sarkisyan da hakimiyyətə gələndə başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistan inkişaf etməyəcək. Ona görə də Dağlıq Qarabağla fərqli mesajlar verdi. Bunu görən ABŞ-ın o vaxtki Ermənistandakı səfiri Mari Yovanaovic Serj Sarkisyanı tutduğu tənzimlənmə xəttindən çəkindirdi".Politoloq deyib ki, ancaq ABŞ bu addımlarının elə qələmə verir ki, guya münaqişənin tənzimlənməsinə kömək edir: "Əslində bu geosiyasi oyundur. ABŞ-ın regionda öz maraqları var və ona görə də Dağlıq Qarabğ münaqişəsini asılı vəziyyətdə saxlayacaq. Hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı ABŞ-dır. Ancaq ABŞ güclü dövlətdir və güclü piar aksiyalar təşkil edə bilir. ABŞ tərəfindən təbliğat elə qurulub ki, Azərbaycanda və Ermənistanda münaqişənin törədilməsində günah Rusiyanın üzərinə düşür. Bundan başqa ABŞ o qədər güclüdür ki, Rusiyada bəzi adamlar onla hesablaşmalıdır. Rusiyada yaşayan ermənilərin təsiri altında olan ruslar işi elə qurublar ki, guya münaqişəni Rusiya yaradıb".M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğatının işləməsinə imkan verilməməlidir: "Nəzərə almalıyıq ki, ABŞ Rusiyadakı adamları istənilən formada təqdim edə bilir. Yəni, anti-Azərbaycan, ermənipərəst və.s. Təsadüfi deyil ki, əslən erməni olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəsdən münaqişənin həllini yubadır. Ancaq Azərbaycan bunda Rusiyanı günahlandırır. Yəni belə ikibaşlı oyunlar mövcuddur və biz umummilli məsələmiz olan Dağlıq Qarabağ münaqişəsində təbliğata aldanmamalıyıq".Politoloq onu da deyib ki, kim Dağlıq Qarabağla bağlı Rusiyanın mövqeyinin əleyhinə danışır və ABŞ-ın mövqeyini tərifləyir, o zaman həmin kəslər ortalığa konkret faktlar qoysunlar: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Azərbaycanın xeyrinə atdığı heç bir addım yoxdur. Sadəcə ABŞ-ın təbliğatı güclüdür və Azərbaycanda da bir qrup adam onun maraqlarına uyğun açıqlamalar verir. ABŞ Azərbaycan cəmiyyətinə münaqişənin yaradılmasında Rusiyanı günahkar göstərməklə içimizdə rus xofu yaradır. Rus xofu yaratmaqla ABŞ çalışır ki, münaqişə həll olunmasın. Regionda Rusiya ən güclüdür. Azərbaycan dövlət və ordusu da çox güclüdür və Ermənistanı istənilən məhv edə bilər. Amma Azərbaycan əsgəri psixoloji baxımdan rus ordusu ilə vuruşmağa hazır deyil. Qərb də bunu bizə təlqin edir ki, müharibə olarsa, qarşınıza rus çıxacaq".Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın müşaviri olan Jirayr Liparityan deyib ki, Kreml Bakı ilə danışıqlar aparacaq, lazım olanı alacaq və Azərbaycana da lazım olanı verəcək. Yəni, Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla işğal olunmuş əraziləri Azərbaycana qaytaracaq. Bu ərazilərdən isə öz məqsədləri üçün istifadə edəcək.

sia.az

Digər xəbərlər