PDF Oxu

Siyasət

  • 22

Aydın Hüseynov: Azərbaycanın hədəfi iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasına qoşulmaqdır

Aydın Hüseynov: Azərbaycanın hədəfi iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasına qoşulmaqdır

"Son illər regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib". Bu fikri YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bölgələrdə də ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılır. Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi uğurlardan biri də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması və təsdiq edilməsidir.

"Bununla biz Azərbaycanın inkişaf etmiş ölkələr sırasında qoşulmasını hədəfləmişik. Konsepsiyanın icrası nəticəsində ölkə iqtisadiyyatı iki dəfə artacaq ki, bununla da Azərbaycan dünya ölkələri arasında iqtisadi göstəricilərinə görə, şkala üzrə yüksək yer tutacaq. Onu da qeyd etmək istəyirəm ki, hazırda dövlət tərəfindən ölkədə kifayət qədər inkişaf etmiş neft sektorunun qeyri-neft sektoru ilə əvəz edilməsi istiqamətində əsaslı addımlar atılır. 2014-cü ilin "Sənaye ili" elan olunması isə Azərbaycanın yaxın gələcəkdə dünyada sənaye ölkəsi kimi özünü təsdiqləməsinə yardım edəcək"- deyə, A.Hüseynov qeyd edib.

yap.org.az

Digər xəbərlər