PDF Oxu

Siyasət

  • 17

Siyavuş Novruzov: “İqtidara işləmək şərəfdir”

Siyavuş Novruzov: “İqtidara işləmək şərəfdir”

"Əslində, iqtidara işləmək çox gözəldir. Əgər kimsə iqtidara işləyirsə, deməli o, dövlətinə, xalqına, millətinə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir qrup müxalifətçinin bir-birlərini iqtidara işləməkdə günahlandırmaları iddialarına münasibətini açıqlayarkən dedi. "Əsas qəbahət odur ki, Azərbaycanı istəməyən digər dövlətlərə, o cümlədən xarici kəşfiyyat orqanlarına, ermənipərəst qüvvələrə işləyəsən"-deyə vurğulayan Siyavuş Novruzov onu da qeyd etdi ki, iqtidara işləmək şərəfdir: "Bu amili müxalifətçilər öz aralarında mövzu etməməlidirlər. Bunlar ömürləri boyu dedi-qodu ilə məşğul olublar. Konkret olaraq heç bir mövcud, ictimaiyyətin marağına səbəb olacaq fikirləri olmayıb. Bir daha təkrar edirəm ki, onların "fəaliyyəti" ancaq qəzet səhifələrində olub".YAP İcra katibinin müavini eyni zamanda vurğulayıb ki, beş-altı adamdan ibarət təşkilatlar ancaq qəzetlərdə yazı yazmaq və yaxud da müsahibə verməklə məşğuldurlar: "Sözləri də bitəndə başlayırlar bir-birlərini iqtidara işləməkdə ittiham etməyə. Belələri gündəmdə qalmaq üçün nə istəsən edərlər".

sia.az

Digər xəbərlər