PDF Oxu

Siyasət

  • 21

Mirkazım Kazımov: “Ərdoğanın Azərbaycana gəlişi qardaş səfəri idi”

Mirkazım Kazımov: “Ərdoğanın Azərbaycana gəlişi qardaş səfəri idi”

"Türkiyədə keçirilən bələdiyyə seçkilərində AKP xalqın səsi ilə böyük qələbə əldə etdi. AKP-nin qələbəsi türk xalqının qələbəsi idi. Bu, həm də Türkiyənin gələcək inkişafına türk xalqı tərəfindən verilən növbəti bir milli dəstək idi. Bildiyiniz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçkidə qazandığı qələbədən sonra ilk səfərini Azərbaycana etdi. Bu, çox mühüm məsələdir. Bununla bir daha sübut edilmiş oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov bildirib.R. T. Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməsinə münasibət bildirən M. Kazımov qeyd edib ki, ümumiyyətlə, Türkiyə dövlətinin rəhbərləri həmişə seçkidən sonra ilk səfərlərini məhz Azərbaycana ediblər: "Bunun müxtəlif səbəbləri var. Əvvəla, Azərbaycanla Türkiyə dünyada bəlkə də yeganə ölkədirlər ki, bütün münasibətləri tarixi qardaşlıq, qırılmaz dostluq və tam səmimiyyət üzərində qurulub. Həmçinin, iki ölkə arasında bütün sahələr üzrə ciddi tərəfdaşlıq, dostluq mövcuddur. İstər, iqtisadi, istər mədəni, istərsə də başqa sahələr üzrə Azərbaycan-Türkiyə arasında mühüm sənədlər imzalanıb və aramızda əsl mütəffiqlik var. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü də həmişə dəstəkləyib, bundan sonra da belə olacaq. Ümumiyyətlə, Ərdoğanın Azərbaycana səfərinin yalnız müsbət tərəfləri var, burada heç bir mənfilikdən söhbət gedə bilməz. Bu qardaş səfəri idi".

sia.az

Digər xəbərlər