PDF Oxu

Siyasət

  • 23

Politoloq: “Azərbaycanın qlobal hadisələrdə rolu artır”

Politoloq: “Azərbaycanın qlobal hadisələrdə rolu artır”

"Azərbaycan Respublikasının xarici siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, balanslaşdırılmış strategiyaya söykənir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan region və dünya dövlətləri üçün qarşıdurma deyil, əməkdaşlıq məkanıdır. Məhz bu siyasi tezis bu gün Azərbaycan dövlətinin region və Avropa dövlətləri ilə əməkdaşlığının əsaslarını müəyyənləşdirir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu son dövrlər bir sıra dövlətlərin Azərbaycana olan marağının artması ilə bağlı məsələni şərh edərkən deyib.Onun sözlərinə görə, aparılan siyasətin doğruluğu bu gün Avrasiya və Avro-Atlantik məkanda yerləşən, dövlətlərin Azərbaycana marağının artması və ölkəmizlə əməkdaşlığının güclənməsi ilə nəticələnir: "Hesab edirəm ki, hadisələr də bu kontekstdə baş verir. İndiki şəraitdə bu siyasət Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyan başlıca vasitələrdən biri kimi çıxış edir. Məhz bu kontekstdən yanaşanda görürük ki, doğrudan da Azərbaycanın istər şaxələndirilmiş neft-qaz ixrac siyasəti, istər xarici ölkələrlə balanslaşdırılmış siyasəti, istərsə də Azərbaycana rəqabət deyil, əməkdaşlıq məkanı kimi yanaşılması siyasəti bu günki gerçəkliklərin əsas səbəbidir".Politoloq vurğulayıb ki, Azərbaycanın son dövrdə baş verən qlobal hadisələr konteksində, eyni zamanda enerji təchizatı və enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə rolu artır: "Bu da Azərbaycanı gücləndirir və ölkəmiz daha da güclü beynəlxalq aktora çevirir. Bu isə bütün sahələrdə Azərbaycanın inkişafına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər