PDF Oxu

Siyasət

  • 27

Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək

Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti, Türkiyənin hazırkı Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. SİA-nın xəbərinə görə, bu barədə qurumun sədri xanım An Brassör (Anne Brasseur) Parlament Assambleyasının bu gün öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

AŞPA sədri bildirib: "Parlament Assambleyasının keçmiş sədri, Türkiyənin hazırkı Aİ işləri üzrə naziri Mövlud Çavuşoğluna AŞPA-nın fəxri prezidenti titulu veriləcək. Bu fəxri ad ona bu gün AŞPA-nın plenar sessiyasının iclasından sonra təqdim ediləcək".

sia.az

Digər xəbərlər