PDF Oxu

Siyasət

  • 40

AŞPA sədri: “Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə fikir mübadiləsi aparmaq niyyətindəyəm”

AŞPA sədri: “Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə fikir mübadiləsi aparmaq niyyətindəyəm”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının sədri, xanım Ann Brassör mətbuat konfransı keçirib. SİA-nın Avropa müxbirinin məlumatına görə, mətbuat konfransında çıxış edən Ann Brassör ilk növbədə AŞPA-nın yaz sessiyasının gündəliyinı daxil olan məsələlər haqqında məlumat verib.Mətbuat konfransında sulları cavablandıran qurumun sədri AŞPA-nın Dağlıq Qarabağa üzrə Alt Komitəsinin gələcək fəaliyyətinə dair sualı cavablandırarkən bildirib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüşlər davam etdiriləcək.Onun sözlərinə görə, ələ düşən hər fürsətdə dialoq aparmaq lazımdır.Xanım Brassör Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin otağına dəvət edib, onlarla birgə fikir mübadiləsi aparmaq niyyətində olduğunu da açıqlayıb: "Gərək bir-birinə qarşı ittihamlar irəli sürməyəsən, bir yerdə oturub danışmaq lazımdır. Bunun üçün mən də məndən öncəki sədrlər kimi bu ənənəyə sadiq qalaraq, hər iki ölkənin nümayəndə heyətləri arasında bu dialoqu davam etdirməyə çalışacağam. Nümayəndə heyətləri rəhbərləri ilə fikir mübadiləsi aparmaq niyyətindəyəm. Çox təəssüf ki, ötən sessiyada onlarla ayrı-ayrılıqda görüşdüm. Lakin bundan sonra birgə görüşlərin keçirilməsinə çalışacağam. Bu dialoqu daha da gücləndirmək lazımdır. Sessiya ərzində bununla bağlı cəhd edəcəm. Onlar arasında ümumi anlaşma mühiti yaratmaq istəyirəm. Biz gələcəkdə müzakirələri davam etdirmək üçün hansı addımlar atacağımızı müəyyənləşdirməliyik".

sia.az

Digər xəbərlər