Aprelin 6-8-də Vilnüsdə, Litva Seymində ölkə tarixində ilk dəfə Avropa İttifaqı (Aİ) ölkələri parlamentlərinin sədrlərinin görüşü keçiriləcəkdir. Bu, Litvanın Aİ Şurasına parlament səviyyəsində sədrliyi dövrünün sonuncu və ən iri tədbirlərindən biri olacaqdır.
Yüksək səviyyəli konfransda təqribən 50 nümayəndə heyətinin iştirakı planlaşdırılır. Beynəlxalq tədbirdə Avropa Parlamentinin, Aİ-nin üzvü olan ölkələrin , namizəd ölkələrin, "Şərq Tərəfdaşlığı" Proqramı ölkələrinin milli parlamentlərinin üzvləri və digər qonaqlar iştirak edəcəklər.
Aprelin 7-də konfrans iştirakçılarını Litva Seyminin sədri Loreta Qraujinene və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu (Brüsseldən videotəbrik) salamlayacaqlar.
Aİ ölkələrinin parlament sədrlərinin birinci iclasında iqtisadi və maliyyə böhranından sonra Avropa İttifaqının rifahının təmin olunmasında parlamentlərin rolu barədə müzakirələr aparılacaqdır.
"Lissabon müqaviləsinin qüvvəyə mindiyi gündən beş il ötür: parlamentlərdə subsidiarlığın yoxlanılması dərsləri" ikinci iclasın mövzusu olacaqdır. Bu məsələni Çexiya Senatının sədri Milan Çex, İtaliya Senatının sədri Pyetro Qrasso, Niderland Parlamentinin İkinci Palatasının sədri Anuşka van Miltenburq, Böyük Britaniyanın Lordlar Palatasının Aİ Məsələləri Komitəsinin sədri lord Timoti Bosvel müzakirə edəcəklər.
Üçüncü iclasda Litva Seyminin sədri Loreta Qraujinene və Latviya Seyminin sədri Solvita Aboltinya "Şərq Tərəfdaşlığı" Proqramının üzvü olan ölkələr ilə parlamentlərarası əməkdaşlıqdan danışacaqlar. Görüşdə Moldova parlamentinin sədri İqor Kormanın, Gürcüstan Parlamentinin sədri David Usupaşvilinin, Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviçin çıxışı gözlənilir.
Aprelin 8-də keçirilək dördüncü iclasda azadlıq, təhlükəsizlik və ədalət məhkəməsi sahəsində parlamentlərarası əməkdaşlıq müzakirə olunacaqdır. Məlumatları Polşa Seymin sədri Yeva Kopaç, İtaliya Deputatlar Palatasının sədri Laura Boldrini, İsveç Krallığı Rikstaqının sədri Per Vesterberq oxuyacaqlar.
Konfransı sədr dövlətin parlamentinin gəldiyi nəticələrlə başa çatdırmaq nəzərdə tutulur. Avstriya Milli Şurasının sədri Barbara Prammerin təşəbbüsü ilə Beynəlxalq Qaraçılar Gününün ləğv edilməsi və bəyannamə qəbul etmək planlaşdırılır.
AzərTAc