PDF Oxu

Siyasət

  • 30

Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 42-ci iclası keçiriləcəkdir

Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 42-ci iclası keçiriləcəkdir

Aprelin 9-u və 10-da Türkiyənin Antalya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 42-ci iclası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Jalə Əliyeva iştirak edəcəklər.

İclasda "Qara dəniz regionunda gənclər arasında işsizlik və məşğulluq siyasəti: gənc nəslin imkanlarının genişləndirilməsinin vacibliyi" mövzusunda məruzə dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.

Deputatlarımız tədbirdə çıxış edəcək, məsələ barədə fikirlərini bölüşəcəklər.

yap.org.az

Digər xəbərlər