Bu gün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yıgıncağı keçirilib. SİA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının YAP Həmkarlar İttifaqı Komitəsinin 2012-2013-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının YAP Həmkarlar İttifaqı Komitəsinin sədri, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hesabat məruzəsi ilə çıxış edib. Təşkilatda 78 üzvün birləşdiyini deyən H.Paşayev iki il ərzində Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında ətraflı məlumat verib.Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının YAP Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri, YAP-ın işlər müdiri Mahir Abbasəliyev Təftiş Komissiyanın hesabatını təqdim edib.Hər iki hesabat müzakirə edilərək səsə qoyulub. YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, eyni zamanda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bildirib və bu fəaliyyəti qənaətbəxş qiymətləndiriblər. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri təyin edilib. Hüseyn Paşayev yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
sia.az