PDF Oxu

Siyasət

  • 23

Sahibə Qafarova: Azərbaycan insan alverinə qarşı mübarizədə düzgün yol seçib

Sahibə Qafarova: Azərbaycan insan alverinə qarşı mübarizədə düzgün yol seçib

Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində insan alverilə mübarizəyə dair məruzə müzakirə olunub. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova Avropa Demokrat Qrupunun adından çıxış edib. İnsan alverinə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışan S.Qafarova vurğulayıb ki, burada bu məfhumun mənəvi cəhətlərindən daha çox, insan hüquqları, xüsusilə də insan alverinin qurbanlarının hüquqları əsas önəm kəsb edir: "İnsan alveri quldarlığın müasir formasıdır. İnsan alveri qurbanlarının əsasən qadınların təşkil etdiyi təqribən 84 faizi bu məqsədlə istismar olunur. Avropa Şurası və insan haqlarının müdafiəsinə qalxan digər beynəlxalq təşkilatlar öz fəlaiyyətlərində prioritet olaraq qadın haqlarının pozulması ilə mübarizəyə xüsusi əhəmiyyət verirlər. Bu dəyərlərin gerçəkləşdirilməsi üçün biz səyllərimizi birləşdirməliyik".

İnsan alverinə qarşı mübarizə sahəsində müxtəlif ölkələrdə vəziyyətin fərqli olduğunu vurğulayan azərbaycanlı parlamentari əlavə edib ki, Avropa Şurası və ona üzv dövlətləri sözügedən problemlərin aradan qaldırılması ilə bağlı kifayət qədər təcrübəyə malikdirlər və insan alveri ilə mübarizənin daha səmərəli üsullarının tapılması məqsədəuyğun olardı. Sahibə Qafarova ölkəmizdə bu sahədə mövcud durum haqqında da məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda "İnsan alveri ilə mübarizəyə dair milli fəaliyyət planı" 2004-cü il mayın 6-da ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənib. Plana uyğun olaraq milli koordinator və insan alveri ilə mübarizə departamenti təsis edilib. Departament bu hal ilə hərtərəfli mübarizə aparan ixtisaslaşmış qurumdur. Bu sahədə görülən tədbirlərin effektiv nəticələr verməsi Azərbaycanda insan alverinə qarşı mübarizədə düzgün yol seçildiyini göstərir.

yap.org.az

Digər xəbərlər