PDF Oxu

Siyasət

  • 24

Milli Məclisin deputatları Vyanada keçiriləcək konfransda iştirak edəcəklər

Milli Məclisin deputatları Vyanada keçiriləcək konfransda iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) Azərbaycan üzrə təmsilçiləri Çingiz Qənizadə və Zahid Oruc aprelin 9-da Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, deputatlar "Parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq: iki ildə meydana çıxan cərəyanlara dair GRECO Qrupunun 4-cü dövr dəyərləndirmələri" mövzusunda konfransda iştirak edəcəklər.

Tədbir Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə həyata keçirilir. Toplantıda Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupuna (GRECO) üzv olan 47 ölkənin nümayəndələri iştirak edəcəklər. İştirakçılar korrupsiya hallarının aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar cəmiyyətin maarifləndirilməsi, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu istiqamətdə təcrübə və informasiya mübadiləsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə dair müzakirələr aparacaqlar.

Səfər aprelin 12-də başa çatacaqdır.

AzərTAc

Digər xəbərlər