PDF Oxu

Siyasət

  • 14

“Bahar sevincləri” hədiyyə kampaniyasının qalibləri müəyyənləşdi

“Bahar sevincləri” hədiyyə kampaniyasının qalibləri müəyyənləşdi

Bu gün "Yeni Azərbaycan" qəzetinin "Nar Mobile" mobil operatoru ilə birgə təşkil etdiyi "Bahar sevincləri" hədiyyə kampaniyasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib."Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək deyib ki, Azərbaycanda milli mətbuatımızın inkişafı üçün Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev tərəfindən müxtəlif tədbirlər həyata keçirilir: "Amma bununla bərabər hər bir media orqanının da vəzifəsidir ki, öz ətrafında müəyyən oxucu auditoriyası formalaşdıra bilsin. Çünki biz bilirik ki, qəzet kütləvi vasitə olduğu üçün o, kütləvi ictimai şüuru, insanların ideoloji dünyagörüşünü formalaşdırır və s. Bu mənada biz hesab etdik ki, "Nar Mobile" mobil operatoru ilə birgə müsabiqə təşkil edək və sonda oxucuları mükafatlandıraq. Müsabiqəmiz 1 ay davam etdi. Bunun üçün, sadəcə "Yeni Azərbaycan" qəzetinin fevral ayının 20-dən mart ayının 20-dək çıxan nüsxələrini qəzet köşklərindən almaq və sonuncu səhifədə, sol yuxarı küncdə yerləşən 20 ədəd (01-20) kuponları toplamaq tələb olunurdu. Kampaniya başa çatdıqdan sonra isə həmin kuponlar zərfə qoyularaq aprelin 4-dək redaksiyaya təqdim olunmalı idi. Bu kampaniyada qəzetin daimi oxucularına "Nar Mobile"nin təqdim etdiyi 10 ədəd "Samsung" markalı mobil telefonlarından birinə sahib olmaq şansı verilirdi. Bu, əslində Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan "Yeni Azərbaycan" qəzetinə oxucu marağının bir göstəricisi idi. Eləcə də bu, YAP-ın ideoloji xəttinə, hakim partiyaya olan marağın ifadəsi idi. Hesab edirəm ki, biz bu cür vasitələrlə əgər ətrafımızda daha çox oxucu toplaya bilsək, bu, Ulu öndər Heydər Əliyev ideyalarının daha çox təbliğinə xidmət etmiş olar".

Daha sonra "Nar Mobile" mobil operatorunun media əlaqələri üzrə meneceri Anar Rəhimov söz alaraq bundan sonra da "Yeni Azərbaycan" qəzeti ilə əməkdaşlıqlarını davam etdirmək fikrində olduqlarını söylədi.Sonda isə 10 nəfər şanslı qalibə "Samsung" markalı mobil telefon hədiyyə olundu.

sia.az

Digər xəbərlər