PDF Oxu

Siyasət

  • 18

Azay Quliyev: Bir sıra ölkələrdə bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar az məsuliyyət daşımırlar

Azay Quliyev: Bir sıra ölkələrdə bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar az məsuliyyət daşımırlar

"Bir sıra ölkələrdə bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da az məsuliyyət daşımırlar". Bu fikri ATƏT PA -nın Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT və digər beynəlxalq qurumlar regionda movcud olan dövlətlərarası münaqişələri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, indiki vəziyyətin şahidi olmazdıq.

"İndi çoxları beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma təssüf ki, biz 20 ildən çoxdur ki, bu haqda danışsaq da, buna məhəl qoyan yoxdur. Yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı və cəsarətli qərarlar qəbul edilməlidir"- deyə, A.Quliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər