"Növbəti dəfə Avropa Şurasının bayrağı Azərbaycanın paytaxtı Bakıda dalğalanacaq. Bu, Azərbaycan üçün böyük məsuliyyətdir". Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, AŞ tərəfindən təbliğ olunan dəyərlər əsas tutulmalıdır. Onun sözlərinə görə, qurumun müşahidə missiyaları ölkənin daxilində nə baş verdiyini daha yaxşı başa düşmək üçün bir vasitədir.
"AŞPA-nın müşahidə missiyası rəhbərlərinin rotasiya əsasında təyin edilməsi prinsipinin tətbiq edilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Yerlərdə konkret nələr baş verdiyini görmək üçün müxtəlif siyasi qrupların üzvlərini dəvət etmək vacibdir. AŞ PA-nın Daimi Komitəsinin iclası cari il mayın sonunda Bakıda keçiriləcək. Biz dəyərlərimizi müdafiə etmək, dünyada beynəlxalq hüququn prinsiplərinə hər hansı bir xələl gəlməməsi üçün onlara hörmət olunmasını təmin etmək üçün bacardığımızı etməliyik"- deyə, nümayəndə heyətinin rəhbəri vurğulayıb.
yap.org.az