ABŞ Konqresinin üzvü Con Larson (John B. Larson) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub. SİA-nın xəbərinə görə, bununla da İşçi Qrupundakı üzvlərin sayı 64-ə çatıb.Demokratlar Partiyasından olan konqresmen C.Larson ABŞ Konqresində Konnektikut ştatına aid seçki dairəsini təmsil edir. 2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.
sia.az