PDF Oxu

Siyasət

  • 19

Araz Əzimov: “Qarabağ münaqişəsi üzrə danışıqlarda dəyişiklik yoxdur”

Araz Əzimov: “Qarabağ münaqişəsi üzrə danışıqlarda dəyişiklik yoxdur”

"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və bunun üçün də tendensiya görünmür". SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlama verərkən deyib.O bildirib ki, münaqişə üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz.Problemin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə gəlincə A. Əzimov vurğulayıb ki, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub.Xarici işlər nazirinin müavinin sözlərinə görə, Ukraynada gedən problemlərə nəzər salsaq, müqaişənin həllincə ciddi dəyişiklik gözlənilmir: "Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir".Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünə gəlincə A.Əzimov: "Bu görüş növbəti, səradan bir görüş idi", deyə qeyd edib.Prezidentlərin görüşünə gəlincə, XİN müavini bununla bağlı heç bir şərh verməyib.

sia.az

Digər xəbərlər