PDF Oxu

Siyasət

  • 21

Bakıda “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

Bakıda “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır

Aprelin 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə "Azərbaycan Respublikasında miqrasiya siyasətinin inkişafı iqtisadi tərəqqinin göstəricisi kimi", "Azərbaycan Respublikası vətəndaşlarının Qərb və MDB ölkələrinə intellektual miqrasiyası", "Azərbaycan Respublikasında Miqrasiya Məcəlləsi və əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqların müdafiəsi", "Azərbaycan Respublikasının miqrasiya siyasətinin tənzimlənməsində beynəlxalq təcrübə və əməkdaşlıq", "Cənubi Qafqaz regionunda hərbi münaqişələr, miqrasiya prosesləri və təhlükəsizlik problemləri" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfransda siyasət, iqtisadiyyat, sosial və humanitar elmlər üzrə mütəxəssislər və elmi tədqiqatçılar, dövlət və qeyri-hökumət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər