PDF Oxu

Siyasət

  • 17

Rəşad Məcid: “Qəzet yayımı arzuolunan səviyyədə deyil”

Rəşad Məcid: “Qəzet yayımı arzuolunan səviyyədə deyil”

"Ümumiyyətlə, mən hər zaman fikirləşmişəm ki, qəzetlərin kağız variantı mütləq yaşayacaq". Bunu SİA-ya "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid intenet medianın çap mediasını sıradan çıxarması ilə bağlı məsələləri şərh edərkən deyib.Baş redaktorun sözlərinə görə, son 3-4 ildə, xüsusən də sosial şəbəkələrin artması və saytların hədsiz çoxalması qəzeti operativ informasiya mənbəyi daşıyıcısı olmaqdan uzaqlaşdırıb: "Qəzet operativlikdə televiziya və radioya uduzurdusa, indi isə internet saytlarına uduzur. Hətta deyərdim ki, internet saytları sosial şəbəkələrə, sosial şəbəkələr və internet saytları da öz növbəsində radioya uduzur. Məhz bu mənada bəziləri radionun yaxın illərin ən operativ informasiya vasitəsi olduğunu qeyd edirlər. Güman edirəm ki, hələ yaxın illərdə qəzetlərin kağız variantının sıradan çıxması perspektivdə deyil. Yəqin ki, hələ xeyli müddət həm intenet media, həm də çap mediası yaşayacaq. Təbii ki, gələcək haqqında tam proqnoz vermək mümkün deyil. Məsələn, əvvəllər kino çıxanda teatrın ləğv olunacağını deyirdilər və s. Əlbəttə ki, yenilik xeyli fərqli mühit yaradır. Amma köhnələr də əgər yaxşı köhnədirsə, təbii ki, yaşayırlar".Rəşad Məcid qəzet yayımı məsələsindəki problemlərə də toxunaraq deyib ki, təbii ki, qəzetlərin yayımı məsələsində problemlər mövcuddur: "Çünki Sovet dövründən bizdə qəzet yayımı ancaq dövlətin manopoliyasında olan bir neçə qurum vasitəsilə həyata keçirilib. Ondan sonra isə yaradılan mətbuat yayımı şəbəkələri güclənmədilər və biznes strukturuna (bir-ikisi istisna olmaq şərtilə) çevrilə bilmədilər. Bu mənada xüsusən həm Bakının ucqar yerlərində, həm də rayonlarda, kəndlərdə qəzetlərin çapı xeyli problemlidir. Eyni zamanda bizim mövcud qəzetlərin həcminə görə, qəzetlərimizin qiynəti də bahadır. Çünki reklam bazarında problemlər mövcuddur. Bu baxımdan deyərdim ki, qəzet yayımı arzuolunan səviyyədə deyil".

sia.az

Digər xəbərlər