PDF Oxu

Siyasət

  • 25

Millət vəkili seçiciləri ilə görüşüb

Millət vəkili seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Fuad Muradov Səbail rayonun Badamdar qəsəbəsində yaşayan seçicilərlə görüşüb. SİA-nın xəbərinə görə, mədəniyyət evində keçirilən görüş zamanı deputat sakinləri maraqlandıran məsələlər barədə danışıb. Deputat bildirib ki, qəsəbənin son illərdəki inkişafı göz önündədir. Son illərdə burada yaşayan əhalinin sayının artması qəsəbənin infrastrukturunun tənzimlənməsində müəyyən problemlər yaratsa da onların əksəriyyəti həll olunub. Deputat vurğulayıb ki, bütün aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyev tərəfindən ölkə miqyasında aparılan böyük islahatların tərkib hissəsidir.Daha sonra görüş iştirakçıları öz təkliflərini səsləndiriblər. Seçicilər tərəfindən qaldırılan ayrı-ayrı ərazilərdəki kommunal xarakterli təkliflərin həlli üçün müvafiq tapşırıqlarını verən F. Muradov bütün təklifləri müvafiq orqanların qarşısında qaldıracağını bildirib.

sia.az

Digər xəbərlər