PDF Oxu

Siyasət

  • 8

NATO baş katibinin müavini: "Azərbaycanla NATO arasında vacib siyasi dialoq var"

NATO baş katibinin müavini: "Azərbaycanla NATO arasında vacib siyasi dialoq var"

Bu gün "SNT-in 20 illiyi və NATO Tərəfdaşlıqlarının gələcəyi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO-nun baş katibinin müavini Sorin Ducaru, xarici diplomatik korpusun nümayəndələri, dövlət və hökumət nümayəndələrinin rəhbərləri iştirak edib.Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov konfransı giriş nitqi ilə açaraq Azərbaycan-NATO əlaqələrinin hazırkı vəziyyəti və prespektivləri haqqında məlumat verdi və bu tədbirin əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd etdi: "Biz hesab edirik ki, burada aparılan müzakirələr əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da yaxşılaşmasına yeni imkanlar yarada bilər. Bura çox yaxşı bir müstəvidir. Hesab edirəm ki, konfrans tərəflər arasında siyasi dialoqun inkişafı baxımından əhəmiyyətli olacaq. Burada mövcud vəziyyəti və prespektivləri müzakirə etmək üçün əlverişli mühit var.NATO-nun baş katibinin müavini Sorin Ducaru isə ikitərəfli əlaqələr haqqında danışaraq, Azərbaycan-NATO münasibətlərinin çox fəal və vacib əhəmiyyət kəsb etdiyini bildirdi: "Bizim münasibətlərimiz çox yaxşı səviyyədədir. Bu əlaqələrin inkişaf etdirilməsi üçün siyasi dialoq var. Bu ilin yanvar ayında Azərbaycan Prezidenti NATO Baş katibliyində oldu. Prezident orada etdiyi çıxışda münasibətlərin daha da inkişaf etdirilməsini ifadə etdi. Strateji tərəfdaşlıq baxımından NATO ilə Azərbaycan arasında siyasi dialoq, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də bir sıra sahələrdə xüsusilə də Əfqanıstanda təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə çox mühüm tərəfdaşlığımız var. SNT naminə elm proqramı çərçivəsində 80-ə yaxın birgə layihə həyata keçirilib və ümid edirik ki, Azərbaycan-NATO tərəfdaşlığı yüksək səviyyədə davam edəcək".Daha sonra konfrans mətbuatın iştirakı olmadan davam etdirilib.

sia.az

Digər xəbərlər