PDF Oxu

Siyasət

  • 8

Səməd Seyidov: Təəssüf ki, Avropa Şurasında ikili standartlar hələ də davam edir

Səməd Seyidov: Təəssüf ki, Avropa Şurasında ikili standartlar hələ də davam edir

"Təəssüf ki, Avropa Şurasında ikili standartlar hələ də davam edir". Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, təşkilat bəzi hallarda obyektivliyini qoruya bilmir. Onun sözlərinə görə, Avropanın dəyərləri qorunub saxlanılmalıdır.

"Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzü nəzərə alan olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istənilir, bəs necə olur ki Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik"- deyə, S.Seyidov vurğulayıb.

sia.az

Digər xəbərlər