"Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərimizin daha da inkişafı, eyni zamanda münasibətlərimizdə həllini gözləyən müəyyən məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması üçün əhəmiyyətlidir. Həmçinin, səfər çərçivəsində məlum oldu ki, dövlətlərimizin münasibətləri inkişaf tempinə malikdir. Bunu hər iki ölkənin prezidenti bəyanatlarında səsləndiriblər". Bu fikirləri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, bu səfər çəçivəsində Azərbaycan üçün xüsusilə maraqlı olan bir sıra məsələlər olub. Onun sözlərinə görə, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzaki rə olunub.
"İran Prezidenti ilə yanaşı İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bu məsələdə Azərbaycan dəstək verdiyini vurğuladı. Bundan başqa Xəzərin hüquqi statusu ilə bağlı məsələ prezidentlər arasında müzakirə olunub. Eyni zamanda, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında ortaq məxrəcə gəlinməsi çox əhəmiyyətli məqamlardır. Son zamanlar regionda çox böyük proselər getməkdədir. Xüsusi ilə Rusiya-Ukrayna arasındakı gərginlik fonunda həm enerji, həm də hərbi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri bu spektr məsələlər üzrə qarşılıqlı razılaşmaların əldə edilməsi baxımından da çox mühüm bir səfərdir"- deyə, politoloq qeyd edib.
yap.org.az