PDF Oxu

Siyasət

  • 11

Nizami Cəfərov : “Bu addım Türkiyəyə cavab olaraq atılıb”

Nizami Cəfərov : “Bu addım Türkiyəyə cavab olaraq atılıb”

"ABŞ senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nı tanıması haqqında qətnamə qəbul etməsi qondarma soyqırımının yüzilliyi ərəfəsində ermənilərin ilkin provakasiyasıdır". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Nizami Cəfərov deyib.Türkiyə və Azərbaycanın dəfələrlə Osmanlı arxivinin açılmasını təklif etdiklərini vurğulayan millət vəkili Ermənistanın həmişə buna qarşı olduğunu qeyd edib: "Bu, elm məsələsidir. 1915-ci ildə sözügedən hadisələrin baş verib-verməməsi tədqiq və təhlil olunmalıdır".Millət vəkili ermənilərin tarixi saxtalaşdırmaq istədiklərinin özünü açıq-aşkar göstərdiyini vurğulayıb: "Ermənilər əvvəl 100 min, sonra yarım milyon, sonra isə 2 milyon insanın öldürüldüyünü iddia etdilər. Sabah desələr ki, 50 milyon erməni öldürülüb, bu da onların yalan siyasətlərinin məntiqi davamı olacaq. Bu mövzu elmdən çıxıb, siyasət olub. Ermənilər heç vaxt bu məsələnin elm, arxiv və tədqiqat səviyyəsinə qalxmasına imkan verməzlər. Onlar üçün bu məsələ həmişə siyasi provakasiya aləti olub".N. Cəfərov Amerikanın xarici siyasət kursunu bu yalan qətnaməyə uyğun aparacağına inanmadığını deyib. Onun sözlərinə görə, Amerika siyasətçiləri də çox yaxşı bilirlər ki, "soyqrımı" məsələsi uydurmadır.Deputat Azərbaycanın da bu məsələyə öz münasibətini bildirəcəyini qeyd edib. O, 1915-ci ildə Osmanlı ordusunda 10-dan artıq erməni mənşəli general olduğunu, bu faktın da soyqırımı iddialarını yalanladığını bildirib.N. Cəfərov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışlarının rəsmi Vaşinqtonu qıcıqlandırdığını deyib: "Şübhəsiz ki, bu addım Türkiyəyə cavab olaraq atılıb. Halbuki, daha düzgün taktika seçmək olardı".

sia.az

Digər xəbərlər