Bu gün Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyası "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusunda tədbir keçirib. YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov rəhbərlik etdiyi komissiyanın ölkəmizdəki iqtisadi prosesləri diqqətdə saxladığını bildirib. Onun sözlərinə görə, İqtisadi məsələlər komissiyası mütamadi olaraq tədbirlər vasitəsilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarını təbliğ edəcək və həmçinin, qarşıda duran məsələlər diqqət mərkəzində saxlanılacaq.
"Dünyada ən mühüm məsələlərdən biri ərzaq təhlükəsizliyidir. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir. Ona görə də, komissiyamız ilk olaraq bu mövzuda tədbir keçirməyi qərara alıb. Bilirsiniz ki, Azərbaycanda ərzaq təhlükəsizlyi haqqında dövlət proqramları həyata keçirilir. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətindədir və dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verir. Son illər kənd təsərrüfatı sahəsində inkişaf müşahidə olunur və qarşıdakı dövrlərdə özümüzün ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün məhsul istehsalının daha da artırılması üçün zəruri tədbirlər görülür"- deyə, E.İbrahimov vurğulayıb.
Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov "Ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə bu yöndə aparılan işlər slaydlarla təqdim olunub.
Tədbirdə digər çıxışçılar da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıblar.
yap.org.az