PDF Oxu

Siyasət

  • 8

Əli Həsənov: “Biz Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq

Əli Həsənov: “Biz Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq

"Biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq". SİA-nın xəbərinə bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər söbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində "Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi" mövzusunda oxuduğu mühazirəsində deyib. Məlumatı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi yayıb.PA rəsmisi münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışaraq Azərbaycanın apardığı diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edib.Ə. Həsənov eyni zamanda dinləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: "Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir".

sia.az

Digər xəbərlər