PDF Oxu

Siyasət

  • 12

Rasim Musabəyov: “C.Uorlikin Dağlıq Qarabağ münaqişəsindən xəbəri yoxdur”

Rasim Musabəyov: “C.Uorlikin Dağlıq Qarabağ münaqişəsindən xəbəri yoxdur”

"Ümumiyyətlə mən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində elə də ciddi fəaliyyət görmürəm". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.Politoloqun sözlərinə görə, onun vaxtaşırı olaraq "twitter" səhifəsində münaqişə ilə bağlı ismarıclar yazması, paylaşması siyasət adlandırıla bilməz: "Beləcə, hiss olunur ki, C.Uorlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan insandır. Mən çox təəssüflənirəm ki, ABŞ kimi nəhəng bir dövlət təcrübəsi və probemlə ciddi məşğul olmayan adamı bu cür vacib posta təyin edib. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı səylərinə gəlincə deyə bilərəm ki, onsuzda danışıqlar dalana dirənib. Bu mənada hesab etmirəm ki, C.Uorlik bu prosesə hansısa müsbət dəyişiklik gətirsin. Hiss olunur ki, bu insan erməni lobbisinin təsiri altında olan, bitərəfli məlumat alan və heç də o bitərəfliyini dəyişməyə meyilli olmayan bir şəxsdir".Rasim Musabəyov uzun müddətdir ki, həm Cənubi Qafqaz, həm də qonşu ölkələr üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın Atom Elektrik Stansiyasını qoruyub saxlaması məsəlinə də aydınlıq gətirərək deyib ki, onların burada başlıca məqsədi elektik enerjisiz qala bilməmələrindədir: "Təbii ki, onların ayrı mənbələri və pulları da yoxdur. AES-in müddətini uzatmaq üçün də təxminən 300 milyona yaxın vəsait lazımdır. Ermənistanda da bu vəsait olmadığına görə, Rusiyadan bunu ummağa çalışırlar. Sadəcə olaraq Ermənistan işğalçı olmaqla yanaşı, dilənçi dövlətdir".

sia.az

Digər xəbərlər