PDF Oxu

Siyasət

  • 7

Sahibə Qafarova: “Uşaqlar arasında yoxsulluq bəşəriyyətin gələcəyi üçün arzuolunmaz fəsadlar vəd edir”

Sahibə Qafarova: “Uşaqlar arasında yoxsulluq bəşəriyyətin gələcəyi üçün arzuolunmaz fəsadlar vəd edir”

"Yoxsulluq yaş və cinsindən asılı olmayaraq, miqyasına görə dünyada insanların ən çox ölümünə səbəb olan amildir. Xüsusilə də uşaqlar arasında yoxsulluq bəşəriyyətin gələcəyi üçün olduqca arzuolunmaz fəsadlar vəd edir. Yoxsul ailədə doğulma və böyümə uşaqların uğurlu taleyini sual altına qoyur. Hesab edirəm ki, bu mənada uşaq yoxsulluğu insani inkişaf baxımından dünyanın hər bir ölkəsi üçün ciddi təhdiddir. Son illərin statistikası vəziyyətin getdikcə pisləşdiyindən xəbər verir". SİA-nın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilən "Uşaq yoxsulluğuna son qoyulması" mövzusu müzakirələrində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.O, məruzədə Azərbaycanın da adının çəkilməsi ilə bağlı bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində məcburi köçkün olmuş 1 milyona yaxın insanın mühüm hissəsini uşaqlar təşkil edir və bu uşaqlar yoxsulluq içində yaşamağa məcburdurlar: "Hal-hazırda məcburi köçkünlər yaşayış üçün zəruri olan hər bir şəraitlə, o cümlədən uşaqlar üçün məktəblər və yaşayış evləri ilə təmin olunublar".Bununla belə, Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan hələ də məcburi köçkün uşaqlarının rifahı ilə bağlı müxtəlif qayğılarla üzləşir.

sia.az

Digər xəbərlər