PDF Oxu

Siyasət

  • 6

Astara rayonunda əhalinin tibbi müayinələri tədbirlərinin vəziyyəti müzakirə olunub

Astara rayonunda əhalinin tibbi müayinələri tədbirlərinin vəziyyəti müzakirə olunub

Dünən Astara rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin, rayonun səhiyyə və təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iclasda çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə, o cümlədən Astara rayonunda da əhalinin müayinə və müalicəsi yüksək səviyyədə təşkil olunmuşdur: "Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələlərinin aparılmasında mühüm rol oynamışdır".Q.Ağayev çıxışında vətəndaşlarımızın sağlamlığının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri ilə bağlı müvafiq komissiya yaradıldığını da bildirib: "Astara rayon icra hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Məsələ ilə bağlı RİH-də müşavirə keçrilmiş, rayonun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilmişdir. Tədbirin əhəmiyyəti və onun vacibliyi nəzərə alınaraq əhali arasında geniş təşkilati-izahat işləri aparılması üçün qəsəbə və sahə inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr, məhəllə komitələri, rayonda fəaliyyət göstərən müəssisələrin və ictimaiyyətin nümayəndələri bu işlərə cəlb olunmuşdur. Məhz bunun nəticəsidir ki, bu günə kimi rayon üzrə 7500 nəfərdən çox vətəndaş tibbi müayinədən keçmişdir".Şura iclasında çıxış edən sözügedən məsələ ilə bağlı yaradılan komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova, rayon mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov və başqaları əhalinin profilaktik müayinəsi və həmçinin nəzərdə tutulan işlərlə bağlı məlumat vermiş, əlavə görüləcək tədbirlərdən danışıblar. Çıxış edənlər bildiriblər ki, tədbirlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlər həyata keçirilir.Sonda Q.Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyələrə, idarə, müəssisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkkilliyin təmin edilməsi ilə bağlı nəzərdə tutulan qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlarını veribdir.

ÜLVİ

Digər xəbərlər