PDF Oxu

Siyasət

  • 15

Nazir Türkiyə üçün dəstək istәyәcәk

Nazir Türkiyə üçün dəstək istәyәcәk

Türkiyə də daxil olmaqla 5 ölkədәn ibarәt qrupun növbәti iclası Meksikada keçirilir. SİA-nın məlumatına görə, iclasın təşkilində məqsəd əməkdaşlıq imkanlarını artırmaq, dünya sülhü üçün problemlərə alternativ həll yollarını tapmaqdır. Bununla əlaqədar olaraq Türkiyәni tәmsil edәcәk olan xarici işlər naziri Əhməd Davudoğlu artıq Meksikada sәfәrdәdir.Türkiyə, Meksika , Cənubi Koreya , İndoneziya və Avstraliyanın bir araya gəlməsi ilə yaradılan qrupun ilk yığıncağı ABŞ-ın New York şəhərində keçirilib.Qeyd edək ki, Suriya, İran, Ukrayna və Koreya yarımadası ilә bağlı mәsәlәlәrin tәhlil edilәcәyi iclas çərçivəsində Əhməd Davudoğlu Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizədliyi üçün dəstək istәyәcәk.

sia.az

Digər xəbərlər