PDF Oxu

Siyasət

  • 9

Partiya sədri: “Nə üçün Ermənistan bu proseslərdən kənarda qalır?”

Partiya sədri: “Nə üçün Ermənistan bu proseslərdən kənarda qalır?”

"Azərbaycan bütün beynəlxalq təşkilatların, dünyanın nüfuzlu ölkələrinin diqqətini işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələyə cəlb etməlidir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Partiya sədri vurğulayıb ki, dünya hər zaman olduğu kimi, bu məsələyə də ikili standartlardan yanaşır: "Dünya dövlətləri Krım hadisələri ilə bağlı Rusiyaya sanksiyalar tətbiq edir. Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistana qarşı nə üçün sanksiyalar tətbiq olunmur? Nə üçün Ermənistan bu proseslərdən kənarda qalır? Hesab edirəm ki, biz təcavüzkar Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı müvafiq addımlar atmalıyıq".Qeyd edək ki, aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozub, Xocalı soyqırımını törədib.

sia.az

Digər xəbərlər