PDF Oxu

Siyasət

  • 13

Asəf Hacıyev: “Dövlət başçısının İrana səfəri münasibətlərin genişlənməsinə böyük təkan olacaq”

Asəf Hacıyev: “Dövlət başçısının İrana səfəri münasibətlərin genişlənməsinə böyük təkan olacaq”

"İran qonşu olmaqla yanaşı, müsəlman ölkəsidir. Digər tərəfdən Azərbaycanla İranı birləşdirən enerji və bir sıra digər amillər var. Bu mənada hesab edirəm ki, həmin səfər çox yüksək qiymətləndirilir". Bunu SİA-ya millət vəklili Asəf Hacıyev Azərbaycan-İran münasibətlərindən danışarkən deyib.Deputatın sözlərinə görə, dövlət başçısının İrana səfəri Azərbaycan-İran münasibətlərinin genişlənməsinə böyük təkan olacaq: "Bu gün Azərbaycanın Gürcüstan, Rusiya ilə gözəl münasibətləri var, eləcə də İranla, Avropa ölkələri ilə münasibətləri də getdikcə genişlənir. Azərbaycan bütün qonşu ölkələrlə çox yaxşı və gözəl müstəvidə əlaqələr qurmaq niyyətindədir və qurub da! Ermənistan tərəfi isə istisnadır. Çünki işğalçı ölkə hələ də Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır və bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb".

sia.az

Digər xəbərlər