PDF Oxu

Siyasət

  • 6

Zahid Oruc: “Biz münaqişənin əsas nüvə mərkəzində olmalı deyilik”

Zahid Oruc: “Biz münaqişənin əsas nüvə mərkəzində olmalı deyilik”

"Rusiya ilə Ukrayna arasındakı münaqişənin dərinləşməsi və daha genişmiqyaslı müharibə vəziyyətinə çatması nəinki keçmiş post-Sovet məkanı üçün, ümumiyyətlə beynəlxalq münasibətlərin gələcəyini müəyyənləşdirəcək hadisəyə çevriləcək". Bunu SİA-ya millət vəkili Zahid Oruc Rusiya-Ukrayna münaqişəsini və həmin hadisələrin regiona təsir imkanlarını şərh edərkən deyib.Parlament üzvünün sözlərinə görə, bu məsələlər üçün çoxlu tarixi paralellər aparılır: "Hesab edirəm ki, bizim üçün ən önəmli məsələ hər iki dövlətlə isti münasibətlərə malik olduğumuzdan, problemin siyasi vasitələrlə tənzimlənməsini arzulamaqdır. Çünki hərbi toqquşmalardan hər zaman əziyyət çəkən sadə xalq olur.Təbii ki, bugünkü gerçəklik də ortadadır. Ukraynada 46 milyonluq xalqın əziyyət çəkməsi və onların talelərinin başqa əllərdə həll olunmasını necə yaxşı qarşılamaq olar? Buna görə də hesab edirəm ki, bizim üçün buradan çıxarılacaq çox böyük nəticələr var. Bütün bunlara rəğmən rəsmi Bakı hər hansı bir şəkildə Ukrayna tərəfdən Rusiya əleyhinə döyüşməyəcək və döyüşməməlidir də! Çünki bununla bağlı Rusiyanın öz hesablamaları var.Zahid Oruc hesab edir ki, nədənsə Avropa Birliyinin və NATO-nun sıralarının genişlənməsi böyümə, amma Rusiyanın ələ keçirdikləri işğal sayılır: "Biz münaqişənin əsas nüvə mərkəzində olmalı deyilik və Rusiya əleyhinə sanksiyalar rejimində paylaşım etməməliyik. Çünki bu, münasibətləri bir qədər də kəskinləşdirəcək. Hesab edirəm ki, məsələ gecikmədən Avropa Birliyi, ABŞ, Ukrayna və Rusiyanın rəhbərləri tərəfindən müzakirə edilməlidir. Əks halda məsələni virtual, siyasi, diplomatik səviyyədə irəliyə aparmaq sadə ukraynalının vəziyyətini qətiyyən yaxşılaşdırmayacaq".

sia.az

Digər xəbərlər