PDF Oxu

Siyasət

  • 11

Elçin Mirzəbəyli: “İki dövlət və onların təmsil olunduğu düşərgə ikiüzlü siyasət yeridir”

Elçin Mirzəbəyli: “İki dövlət və onların təmsil olunduğu düşərgə ikiüzlü siyasət yeridir”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq belə bir bəyanatla çıxış edib. Dövlət başçısı dəfələrlə həm açıqlamalarında, müsahibələrində, həm də beynəlxalq təşkilatların tribunalarından bu barədə bəyanatlar verib". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı "Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi" fikrinə münasibət bildirərkən deyib.Elçin Mirzəbəylinin sözlərinə görə, Dağlıq Qarabağda təkcə separatizm faktoru deyil, bütövlükdə işğal prosesi baş verib: "Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də ona bitişik rayonlar Ermənistan tərəfindən işğal olunub. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz yuvalarından didərgin düşüb. Uşaqlar, qadınlar ağılasığmaz vəhşiliklərə məruz qalıb. Yəni, beynəlxalq hüququn bütün normaları, hətta müharibə şəraitində tətbiq olunan normalar belə Ermənistan tərəfindən kobud şəkildə pozulub. Bu faktların hər biri ayrı-ayrılıqda əsas verir ki, Ermənistana qarşı diplomatik, iqtisadi və hərbi sanksiyalar tətbiq olunsun. Məlumdur ki, işğalçı ölkəyə qarşı hələ də hər hansı bir sanksiya tətbiq olunmayıb".Siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri öz üzərlərinə düşənləri lazımi şəkildə davam etdirmirlər: "Onlardan biri olan Rusiya konkret olaraq Ermənistanın hərbi siyasi müttəfiqidir. Rəsmi Moskva işğalçı ölkəni dəstəkləməkdə davam edir. Yəni iki dövlət və onların təmsil olunduğu düşərgə, ikiüzlü siyasət yeridir. Onlar ya xristian həmrəyliyindən çıxış edərək belə addımlar atırlar, ya da ki bu dövlətlərə rəhbərlik edən siyasilərin erməni diasporundan və lobbisindən asıllıqları var. Bu baxımdan onlar hər hansı addım atmaq niyyətində deyillər. Təbii ki, burada müxtəlif səbəblər var. Hətta bu reallığı Azərbaycan xalqı kifayət qədər yaxşı dərk etdiyi üçün Qərbin və yaxud digər dövlətlərin ölkəmizdə həyata keçirdiyi bütün ssenarilərə qarşı dayanırlar".

sia.az

Digər xəbərlər