PDF Oxu

Siyasət

  • 11

Şirvan şəhərində əhalinin tibbi müayinə tədbirlərinin vəziyyəti müzakirə olunub

Şirvan şəhərində əhalinin tibbi müayinə tədbirlərinin vəziyyəti müzakirə olunub

Şirvan şəhər rəhbərliyi, ŞİH başçısı yanında şuranın üzvləri, rayonun səhiyyə və təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən Şirvan ŞİH başçısı yanında şuranın iclası keçirilib. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov iclasda çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə, o cümlədən Şirvan şəhərində də yüksək səviyyədə təşkil olunmuşdur: "Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident Cənab İlham Əliyevin imzaladığı dövlət proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır".

M.Camalov vətəndaşlarımızın sağlamlığının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri ilə bağlı müvafiq komissiya yaradıldığını bildirib: "Şirvan şəhər icra hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Məsələ ilə bağlı ŞİH-də müşavirə keçirilmiş, rayonun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilmişdir. Tibbi müayinələrin şəhərin üç məntəqəsində - 1 saylı sahə inzibati ərazi dairəsi, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri üzrə aparılması nəzərdə tutulmuşdur. Yaradılmış komissiya məntəqələr üzrə tibbi müayinələrin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək məqsədi ilə əhali arasında təşkilati-izahat işləri aparmış, Hacıqəhrəmanlı və Bayramlı qəsəbə sakinlərinin, həmçinin şəhər daxilində əhalinin tibbi müayinələrdə rahat iştırakını təmin etmək məqsədi ilə nəqliyyat vasitələri ayrılmışdır. Eyni zamanda, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində yaşayan, xəstəxanaya getmək imkanı olmayan ağır xəstələrin tibbi müayinə və müalicələrinin həkim komissiyasının üzvləri tərəfindən evlərdə aparılması təşkil edilmişdir. Məhz bunun nəticəsidir ki, bu günə kimi 15078 nəfərdən çox vətəndaş, o cümlədən ambulator müalicəyə qəbul olunanlar 797, stasionar müalicəyə qəbul olunanlar 210, Bakı şəhərinə müaliciyə 36 nəfər göndərilmişdir".

Şura iclasında çıxış edən sözügedən məsələ ilə bağlı Şirvan şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Elmira Ağayeva məlumat verərək bildirdi ki, tibbi müayinələrin aparılmasına komissiya üzvləri tərəfindən ciddi nəzarət edilir, həmçinin tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik, hər ayın birində isə ümumiləşdirilmiş yekun məlumatlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə təqdim edilir. Eyni zamanda, tibbi müayinələrin keçirilməsi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrində təsdiq olunmuş qrafikə uyğun olaraq işıqlandırılır. Tibbi müayinələrin keçirilməsində məqsəd əhali arasında yoluxucu xəstəliklərin yayılmasmın qarşısmı almaqdan, aşkar olunan xəstəliklərə qarşı vaxtında tibbi müdaxilələr etməkdən, qəsəbələrdə və şəhər mərkəzindən kənarda yaşayan, müayinə və müalicə üçün xəstəxanalara gəlmək imkanı olmayan, həmçinin şəhərin digər ınəntəqələrində yaşayan əhalinin pulsuz tibbi müayinələrə cəlb olunmasından ibarətdir. Tibbi müayinələr şəhər mərkəzi xəstəxanası, poliklinika və Müalicə-Diaqnostika Mərkəzində aparılır. Ümumilikdə, 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək şəhər ərazisində 23025 nəfər əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulsa da, bu rəqəm 40-45 minə çatacaq".

İclasda mərkəzi şəhər xəstəxanasının baş həkımı Fərhad Səfərov, Şirvan Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov və başqaları çıxış edərək çalışdıqları tibb müəssisələrində əhalinin profilaktik müayinəsi və həmçinin nəzərdə tutulan işlərlə bağlı məlumat vermiş, əlavə görüləcək tədbirlərdən danışmışlar. Çıxış edənlər bildiriblər ki, tədbirlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlər həyata keçirilir.

Sonda M.Camalov şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə, idarə, müəssisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkkilliyin təmin edilməsi ilə bağlı nəzərdə tutulan qrafikə ciddi əməl olunması məqsədilə əlavə tədbirlər görülməsi barədə tapşırıqlar veribdir.

R.KAMALQIZI

Digər xəbərlər