PDF Oxu

Siyasət

  • 13

ULU ÖNDƏR DAHİ LİDER - HEYDƏR ƏLİYEV

ULU ÖNDƏR DAHİ LİDER - HEYDƏR ƏLİYEV

YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı keçirilən tədbirlər planını açıqlayıb

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının növbəti yığıncağı keçirilib. Yığıncağda rayon təşkilatını əhatə edən ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər. Yığıncağı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq rayon təşkilatı haqda məlumat veribdir: "Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 90 ərazi ilk partiya təşkilatından ibarət olmaqla, 9414 nəfər partiya üzvünü özündə birləşdirir. Qeyd etmək istəyirəm ki, bunun da 2646 və ya 28,1 %-ni qadınlar, 2448 nəfərini və ya 26 %-ni gənclər təşkil edir".

S.Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq silsilə tədbirlərə start verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırib: "Respublikamızın bütün bölgələrində, o cümlədən Masallı rayon təşkilatı da silsilə tədbirlər planı hazırlayıb. Qeyd edim ki, əziz və tarixi günü qeyd etmək üçün respublikamızın bütün regionlarında keçirilən tədbirdə qoca, cavan, uşaq - hamı Ulu Öndərin 91-ci ildönümünü böyük cöşqu ilə qeyd edəcək. Bu xalqın öz Liderinə sonsuz hörmət və dərin məhəbbətindən irəli gəlir. Bu gün respublikamızın hər yerində Ulu Öndərimizin heykəlləri qoyulub. Amma o abidələrin ən əzəmətlisi hər bir azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər birimizə öyrədən də Ümummilli Lider Heydər Əliyev oldu: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam".

S.Əliyev Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycanın gələcəyi üçün çalışdığını bildirdi: "Xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olması üçün tarixi missiyanı ləyaqətlə yerinə yetirdi".

Tədbirdə çıxış edən Qodman ərazi ilk partiya təşkilatının sədri Sərvər Mürşüdov, Xıl ilk partiya təşkilatının sədri Rüfət Ağayev, Təzə Alvadı ilk partiya təşkilatının sədri İsa Süleymanov və başqaları ilk partiya təşkilatlarında görülən işlər və keçirilən tədbirlər haqda məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbirlər, nəinki rayonda fəaliyyət göstərən bütün idarə, təşkilat və müəssisələrdə, həmçinin, hər bir ailədə qeyd olunur: "Çünki Ulu Öndər Heydər Əliyev bizlərə güclü, demokratik və beynəlxalq aləmdə tanınan müstəqil Azərbaycan bəxş edib. Masallı rayon ictimaiyyəti Ulu Öndərin xatirəsini daim uca tutur, Onun yaratdığı partiyaya inanır və göstərdiyi yolla gedirlər".

Ü.ƏSGƏROV

Digər xəbərlər