"Hər hansı ölkə və ya partiyalara müxalifətin birləşməsi təklifini vermək yeni bir təklif irəli sürmək deyil". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı AXCP sədrinin müavini Nurəddin Məmmədlinin partiyaların birləşməsi təklifinə münasibətini bildirərkən dedi.Onun sözlərinə görə, qarşı tərəf sözügedən təklifi ilə hər hansı bir yenilik etməyə cəhd göstərsə də, bu cəhd onda uğurlu alınmayıb: "Nurəddin Məmmədlinin fikirlərində yenilik yoxdur. Bu təklif dəfələrlə irəli sürülüb. Əgər bir daha AXCP tərəfindən belə bir təklif gəlsə, Müsavat Partiyası həmin təklifi qəbul deyil, müzakirə edəcək".
sia.az