PDF Oxu

Siyasət

  • 9

Aydın Mirzəzadə: “Bu məsələdə dövlət başçısının mövqeyi cəmiyyət tərəfindən dəstəklənir”

Aydın Mirzəzadə: “Bu məsələdə dövlət başçısının mövqeyi cəmiyyət tərəfindən dəstəklənir”

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra önəmli mesajlar verildi. Bunların içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ çox ciddi əhəmiyyət daşıyır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə dövlət başçısının Nazirlər Kabinetindəki çıxışı zamanı "Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi" fikrinə münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, bu gün Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi həm problemin həllində yeganə həll variantıdır, həm də regionda stabillik faktorudur: "Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qonşu dövlətin ərazisinin bir hissəsini işğal edib və işğaldan azad etməkdən də imtina edir. Azərbaycan tərəfi ötən müddət ərzində öz daxili resursları hesabına həm iqtisadiyyatını gücləndirib, həm xarici istiqamətini düzgün istiqamətdə qura bilib, həm də daimi olaraq Dağlıq Qarabağ məsələsində problemin həllinin ancaq işğalçıların Azərbaycan ərazisindən çıxması faktoru kimi dəyərləndirib. Ermənistana qarşı verilən bu bəyanatda cənab Prezident İlham Əliyev bir daha qəti şəkildə işğalçı ölkənin torpaqlarımızın işğalı faktoru ilə razılaşmayacağını və düşmən tərəfinin bu torpaqlardan çıxması üçün Azərbaycanın bütün gücü ilə səy göstərəcəyini bildirib. Çox təəssüf ki, Ermənistana qarşı beynəlxalq aləmdə ikilistandartlar yeridilir. Bir sıra hallarda müəyyən dövlətlər bu məsələlərə görə qınanır. Bu məsələdə isə Azərbaycan və Ermənistan "tərəzinin bir gözünə" qoyulmağa başlanılır.ATƏT-in Minsk qrupunun həmsədrləri də diplomatik bəyanat verməkdən və Azərbaycanın güzəştə getməsinə istiqamətlənmiş çağırışlardan başqa yeni bir addım atmırlar. Azərbaycan da bu məsələdə özünün hüquqlarını və suverenliyini qoruduğunu bir daha bəyan edir. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı, Ermənistana çox ciddi mesajdır. Təbii ki, bu Ermənistanın özünün düşdüyü ağır vəziyyəti, Azərbaycanın özünün mövqeyindən geri çəkilməyəcəyi barəsində iradəsini göstərir. Bu məsələdə dövlət başçısının mövqeyi cəmiyyət tərəfindən dəstəklənir".

sia.az

Digər xəbərlər