"AXCP sədri Əli Kərimlinin fikirləri ziddiyyətlidir və sadəcə özünü təkzib edir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu AXCP sədrinin "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" fikrinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, bu fikirlər bir daha sübut etdi ki, Əli Kərimli nəinki ölkəmizdə, heç ölkəmizdən kənarda baş verən hadisələri də düzgün qiymətləndirib onun haqqında siyasi məntiqə uyğun mühakimə irəli sürə bilmir: "Bu insan əvvəlcə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarı olduğunu qeyd edib. Amma sonradan bildirib ki, Ukraynanın digər vilayətlərində yaşayan 10 milyon insanın rəyi də nəzərə alınmalı idi. O zaman belə çıxır ki, AXCP sədri baş verən hadisələrə epizodik və pərakəndə yanaşır. Bu insanda sistemli baxış və kompleks yanaşma yoxdur. Onun bu fikirləri siyasətdə naşı adam olduğunu bir daha sübut edir".
sia.az